Tərkibində cüzi miqdarda spirt olan içkiləri içmək olarmı?

    10.07.2017
Sual: 
Uzerinde hec bir spirtli mehsul oldugunu gosteren bir dovlet nishani olmayan, lakin terkibine baxdiqda spirtin cox az yeni 1 faizden cox miqdarda olmadigini gosteren icki harama girirmi? Allah razi olsun
Cavab: 
Salam aleykum. Tərkibində cüzi miqdarda spirt olan məhsullar -- qatıq, bəzi sərinləşdirici şirələr, kvas qəbul edildiyi zaman sərxoşedici təsir göstərmədiyinə görə bu içkilərdən istifadə etmək icazəlidir. Amma tərkibində spirtin faizi aşağı olsa da, çox içdikdə sərxoşedici təsir göstərirsə, belə içkilərdən istifadə etmək olmaz. Həmçinin oxuyun: 
Paylaş: