Niyyət axşamında niyyət etmək kiməsə qadağan ola bilərmi?

    24.07.2017
Kimdən: 
Gulay
Sual: 
Salam.niyyet axwaminda niyyet etmek kimese qadagan ola bilermi?olarsa kimlere( qadinlari nezerde tuturam)
Cavab: 

Va aleykum Salam. Ramazan ayı daxil olan gecə bir ay oruc tutacağınıza niyyət etmək olar. Həmçinin, Ramazan ayının hər gecəsində sabah oruc tutacağınıza niyyət edə bilərsiniz. Əgər Ramazan orucunu tutmaq üçün Sübh namazından qabaq niyyət olmasa bu oruc batil sayılır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Sübh namazından öncə oruc tutmağa niyyət etməyənin orucu məqbul sayılmır". (Əbu Davud, 2437; ət-Tirmizi, 726). Heyz və ya nifas olan qadınlar isə bu hallardan təmizlənəndən sonra niyyət etməlidirlər.

Teqlər: 
Paylaş: