Sahur yeməyini vaxt çıxdıqdan 5-10 dəqiqə sonra qurtarmaq olarmı?

    17.06.2017
Sual: 
Salam menim iki sualim var... 1.eli agiza vuranda oruc pozulurmu? 2.Azan cekilene kimi yeyib qutarmasaq 5.deqa sonra qutarsaq yeyib gunah olarmi??
Cavab: 
Va aleykum Salam.
1. Əli ağıza vurmaq orucu pozmur. Daha ətraflı: Orucu pozan amillər hansılardır?
2. Çalışmaq lazımdır ki, oruc tutarkən sahuru (oruc üçün səhər yeməyi) sübh namazının girmə vaxtına qədər yeyib qurtarasınız. Ancaq birdən çatdıra biıməsəniz, yeməyiniz yarımçıq qalsa çox gecikməmək şərtilə tamamlaya bilərsiniz. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Kimsə əlində yemək qabı olduğu halda azanı eşitsə, ehtiyacı olan qədər yemədikcə qabını yerə qoymasın". (Əbu Davud, 2333). Ancaq buna adət etmək olmaz. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: