Hz. Mehdi kimdir?

    19.02.2014
Kimdən: 
Vasif
Sual: 
Salam aleykum. Hz. Mehdi kimdir? Onun ishi nedir?
Cavab: 

Və aleykum Salam. Mehdi əhli beytdən olan bir kişinin ləqəbidir. Özü Həsən ibn Əli ibn Əbu Talibin nəslindəndir. Yer üzünü ədalətsizlik və zülm bürüyəcəyi zaman o, üzə çıxacaq (yəni doğulacaq) və orada ədaləti bərqərar edəcəkdir. Onun adı Peyğəmbərin adı kimi, atasının adı da Peyğəmbərin atasının adı kimi olacaq. Yəni, onun adı Muhəmməd ibn Abdullah olacaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Ərəblərə əhli beytimdən olan bir kişi rəhbərlik etməyincə, dünya dağılmayacaqdır. Onun adı mənim adım kimi, atasının adı isə mənim atamın adı kimi olacaq. Yer üzündə zülm və ədalətsizlik hökm sürdüyü bir zamanda o, hər yerdə ədaləti və düzgünlüyü bərqərar edəcək". (Sunən Əbu Davud, 4282).

Teqlər: 
Paylaş: