Mələklər Adəm övladına səcdə edirmi?

    19.02.2014
Sual: 
Salam aleykum. Allah Teala sheytana deyende Ademe secde et, o secde elemedi. Ona gore Allah Teala onu oz dergahindan qovdu. Melekler insanlara secde edirmi? Yoxsa bu sehv fikirdir? Bununla bagli oz fikirlerinizi bolusherdiniz. Allah razi olsun.
Cavab: 

Aleykum salam. Mələklər Uca Allahın əmrinə müvafiq yalnız Adəmə (Ona Allhın salamı olsun) səcdə ediblər. Onlara Allah tərəfindən Adəmə səcdə edin deyildikdə, onlar yubanmadan Allahın əmrini yerinə yetirdilər. Uca Allah buyurur: "(Ya Peyğəmbər!) xatırla ki, bir zaman biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu". (əl-Bəqərə, 34).  
Uca Allah mələklərə Adəmə hörmət əlaməti olaraq səcdə etmələrini əmr edir. Bu, ibadət məqsədi ilə edilən səcdə olmamışdır. Çünki Uca Allahdan qeyrisinə səcdə etmək olmaz. Mələklərin Adəmin nəslinə səcdə etmələri isə yanlış fikirdir. Uca Allahın İblisi lənətləməsi isə Allahın əmrindən çıxdığına görə olmuşdur. Məhz bu hadisədən sonra İblis şeytan (itaətdən çıxan, tüğyan edən) sifətini qazanmışdı. 

Paylaş: