Ögey ananın uşaq üzərindəki haqları nələrdir?

    05.10.2017
Kimdən: 
Anonim
Sual: 
Salam.Ögey ananın uşaq üzərindəki haqları nələrdir.xahis edirem cavab yazin
Cavab: 

Və aleykum Salam. Ögey ananın uşaq üzərində haqları barədə şəriətdə xüsusi bir hökm yoxdur. Onun doğma anan haqları kimi haqları olmasa da, böyük olduğu, uşağın qayğısına qaldığı, ehtiyaclarını ödədiyi və atasının xanımı olduğu üçün, uşaq da onunla hörmətlə davranmalı, yaxşılıq etməli və Allahın əmrlərinə zidd olmayan məsələlərdə  sözünü dinləyib önəm verməyə çalışmalıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Yaxşılıqların ən mükəmməli atanın, dostu (sevdikləri, əzizləri) ilə əlaqə saxlamaqdır". (Muslim, 4/1979, №: 2552). Bu hədisə görə islam alimləri demişlər ki, əgər övladın atasının qeydinə qalması, yaxşlıq etməsi, ehtiram göstərməsi,  yardım etməsi vacibdirsə, deməli atasının sevdiklərinə də bunları etməsi vacibdir.

Teqlər: 
Paylaş: