Valideyn övladın qəlbini qırıbsa, ondan üzr istəməlidirmi?

    07.09.2017
Sual: 
Salam Valideyn övladının qəlbini qırıbsa yaxud böyüklər özündən kiçikləri incidibsə üzr istəmələdirlər mi?
Cavab: 

Və aleykum Salam. Valideynlərin övlardları üzərində haqları olduğu kimi, övladların da valideynlər üzərində da haqları var. Övladları əzizləmək, ehtiyaclarını ödəmək, onları tərbiyə etmək və s. bura daxildir. Ola bilsin ki, valideyn tərbiyə məqsədi ilə etdiyi əməldə haqlı olsun, sadədə övladı onu düzgün başa düşməsin. Amma valideyn kobudluq edərək övladın qəlbini qırıb və haqqına giribsə, ondan üzr istəməsi daha düzgündür. Daha ətraflı: Övladın valideyn üzərində haqları barədə

Teqlər: 
Paylaş: