Üzərlik və ya duz yandırıb başdan səpələmək olarmı?

    19.02.2014
Sual: 
Salam aleykum. Allah sizden razi olsun. Amin!... Göz-nefise gore uzerlik yandirmaq olarmi? Yaxudda uzerikle, duzu bashdan aylandirmaq olar?
Cavab: 

Aleykum salam. Gözdəyməyə qarşı üzərlik və ya duz yandırmaq, həmçinin, göz muncuğu, həmayıl gəzdirmək günahdır. Çünki bununla Allahdan qeyrisinə pənah aparmış və Ona şərik qoşmuş olursan. Gözdəymədən qorunmaq üçün ən gözəl vasitə "əl-Fələq" "ən-Nas" surələrini öyrənib oxumaq kifayətdir. Muaz ibn Abdullah ibn Xubeyb atasından (Allah ondan razı olsun) rəvayət edərək belə dedi: "Qaranlıq və yağışlı bir gecədə bizə namaz qıldırmaq üçün Allah Elçisini salləllahu aleyhi və səlləm axtarmağa çıxmışdıq. Mən ona gəlib çatdıqda, o buyurdu: "De!" Mən heç nə demədim. O yenə buyurdu: "De!" Mən yenə heç nə demədim. O yenə: "De!" - buyurduqda, mən soruşdum: "Nə deyim?" O buyur­du: "Səhər-axşam üç dəfə: "O Allah Təkdir" (əl-İxlas surəsini) və Muavvizə­tey­ni (əl Fələq və ən Nəs surələrini) de! Bunlar hər şeydən (qorun­maq üçün) sənə kifayət edər". (ət-Tirmizi, 3575, 3924).
Uqbə ibn Amir (Allah ondan razı olsun) demişdir: "Mən Allah Elçisi (salləllahu aleyhi və səlləm) ilə birlikdə Cuhfə ilə Əbva kəndlərinin arasında yol gedərkən, bizi külək yaxaladı və qatı zülmət bürüdü. Allah Elçisi əl-Fələq və ən-Nas surələri ilə Allaha sığınmağa başlayaraq buyurdu: "Ey Uqbə, bu iki surə ilə sığın! Heç kəs bu ikisinə bənzər bir şey ilə sığınmamışdır". Mən Allah Elçisinin (salləllahu aleyhi və səlləm) bu iki surə ilə namaz qıldırdığını eşitmişəm". (Əbu Davud, 1463, 1465). 

Teqlər: 
Paylaş: