Uşağa Knyaz adını qoymaq olarmı?

    07.09.2017
Kimdən: 
Xedice
Sual: 
Salam aleykum. Uşağa, Knyaz adını qoymaq olarmı?
Cavab: 

Va aleykum Salam. Doğulan uşaqlara yaxşı ad qoymaq övladın valideyn üzərində olan haqqıdır. Sözsüz ki, ən yaxşı adlar Uca Allahın adları və Onun peyğəmbərlərinin (Allahın onlara salamı olsun), həmçinin səhabələrin (Allah onlardan razı olsun) və keçmiş əməlisalehlərin (Allah onlara rəhmət etsin) adlarıdır. Amma dini ad qoymaq vacib buyurulmamışdır. Əsas şərt odur ki, qoyulan adların mənası gözəl olsun. Knyaz adı da rus mənşəli olub mənası qədim Rusiyada tayfa başçısı, qoşun başçısı, feodallar sinfinin yüksək nümayəndəsi və s. deməkdir. Adın mənası yaxşı olduğuna baxmayaraq dilimizə yad söz olduğu üçün gələcəkdə uşağın öz həmyaşıdları arasında ada görə sıxıntı çəkməməsinə də fikir vermək lazımdır. Həmçinin oxuyun: Uşağa ad qoymaq barədə

Paylaş: