Ağacları kəsmək və ya yandırmaq günahdırmı?

    24.11.2017
Sual: 
Agaclari kesmek ve ya yandirmaq gunahdirmi? Bu barede hedisler varmi?
Cavab: 

Salam aleykum. Ağacları məhv etmək qadağan edilmişdir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bir bölgəyə ordu göndərəndə əvvəlcədən onları təlimatlandıraraq buyurardı: "Allahın adı ilə kafirlərə qarşı Allah yolunda vuruşun! Xəyanət etməyin və həddinizi aşmayın!  Qadınları, uşaqları, yaşlıları və idabətə çəkilmiş rahibləri öldürməyin! Xurmalıqları və ağacları kəsməyin, binaları dağıtmayınb" . (əl-Beyhaqi "Sunənul-Kubra", 4/85; Əli əl-Muttəqi "Kənzul-Ummal", 30268; "Muxtəsər Sira ər-Rasul" səh. 327).

Paylaş: