Saçları kəsdirib satmaq olarmı?

    20.10.2017
Kimdən: 
Jaja
Sual: 
Salam.Uzun saci kesdirib salona satmaq gunahdir ? Evvelceden tesekkur edirem.
Cavab: 

Və aleykum Salam. Saç satmaq qadağan olunmuş əməllərdəndir, çünki parik qoymaq və ya saç qaynaq etdirmək haramdır, haram olan şeyə vasitəçi olmaq özü də haramdır.  Əsma bint Əbu Bəkr (Allah ondan razı olsun) belə rəvayət edir: "Bir qadın Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanına gələrək belə dedi: "Ey Allahın Elçisi, təzə gəlin olacaq bir qızım var. O qızılca xəstəliyinə tutulub və saçının bir qismi tökülüb. Onun başına saç əlavə edimmi?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: "Uca Allah saç əlavə edəni və etdirəni lənətləmişdir". (Muslim, 5687; ən-Nəsai, 5007).

Paylaş: