Üzərində "bismilləh" deyilmədən kəsilən heyvanların ətlərini yemək olarmı?

    21.02.2014
Sual: 
Salam aleykum. Bir insan toyuq kesib ancaq " bismilleh" demeyib. Bu toyugun etini yemek haramdirmi?
Cavab: 

Aleykum salam. Əgər kəsən şəxs müsəlmandırsa və unutqanlığından dolayı "bismilləh" (Allahın adı ilə) deməyibsə, onda həmin əti yeyərkən "bismilləh" (Allahın adı ilə) deyib yemək lazımdır. Əgər bilərəkdən "bismilləh" (Allahın adı ilə) kəlməsi tərk edilibsə, onda həmin əti yemək olmaz. Çünki o, şəriətin təyin etdiyi şərtlərə müvafiq olmadığına görə haram sayılır. Uca Allah buyurur: "Əgər Allahın ayələrinə inanırsınızsa, üstündə Onun adı çəkilmiş (bismilləh deyilib kəsilmiş heyvanlardan) yeyin". (əl-Ənam, 118).
"Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır...". (əl-Ənam, 121). 
"(Ya Rəsulum!) Səndən onlara nəyin halal edildiyini soruşurlar. De: "Təmiz nemətlər və Allahın sizə öyrətdiyindən öyrədib əhliləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları sizə halal edildi. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və (ova göndərərkən) onların üzərində Allahın adını (bismilləh deyin) çəkin. Allahdan qorxun! Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir". (əl-Maidə, 4).
Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu barədə belə buyurmuşdur: "Qanı axıdılmış və Allahın adı zikr edilərək kəsilmiş heyvanların ətindən yeyin". (əl-Buxari).

Paylaş: