Ələm nədir? Ələm gəzdirməyin dinlə bağlılığı varmı?

    22.02.2014
Sual: 
Salam aleykim. Demeli sualim beledir. Elem gezdirmek nedir? Bunun dinle bagliligl varmi? Elemi adi bir adam gezdire bilermi, yoxsa gerek seyyid ve yaxud dindar adam olmalidlr? Men görmüshem ki, nezir tuturaq elem agacina nese, shal, kelagayi baglayirlar. Bu ne mena dashiyir?
Cavab: 

Aleykum salam. Ələm gəzdirməyin və ya ələm düzəldib məscidlərə asmağın İslam dini ilə heç bir əlaqəsi yoxdur. Nə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun), nə səhabələri və onlardan sonra gələnlər ələm gəzdirməyiblər. Dinimizə görə Uca Allahın və Onun elçisi Muhəmmədin (salləllahu aleyhi və səlləm) dində buyurmadığı əməlləri etmək dindən hesab edilmir və buna bidət deyilir. Bidət sözünün mənası icad etmək deməkdir. Hər hansı bir ibadət növünü icad edərək dinə daxil etmək böyük günahdır. Daha ətraflı: Bidət nədir?
Ələmi insanlar dəmirdən düzəldirlər, əl ilə düzəldilən şeyə müqəddəs adı vermək Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) tutduğu yol deyil. Ələmin guya harasa getməsi isə şeytanın vəsvəsəsi ilə əlaqəli şeydir və dinlə bağlılığı yoxdur.

Teqlər: 
Paylaş: