Xalam baxıcıdır. Onun başqaları üçün etdiyi cadu mənə təsir edə bilərmi?

    27.02.2014
Sual: 
Salam aleykum. Xalam baxicidir. Ama men baxdirmiram. Chunki gunah oldugunu bilirem. Amma bir zamanlar etmishem. Gunah oldugunu bilenden sonra tovbe etdim ki, birde bele gunah ishler gormeyecem. Amma qohumluq elaqelerine gore herden xalamgile gedib-gelirem. O da hemishe ki, kimi adeti uzre kimler üçünse baxir ve iş gorur. Yəni loru dildə desək, "əməl" edir. İndi bilmek istediyim odur ki, onun etdikleri mene de toxuna bilermi? Yeni onun başqaları üçün baxması və ya hər hansı bir fal-cadu işi görməsi, mene pis tesir edə bilərmi?
Cavab: 

Aleykum salam. Əgər qohumluq əlaqələrini saxlamaq üçün xalanızın evinə gedirsinizsə, sizə günah yazılmaz. Lakin, bununla yanaşı siz xalanıza baxıcılıq etməyin Allahın haram buyurduğu küfr əməl olduğunu və buna görə onun şiddətli əzab çəkə biləcəyini izah edərək onu bu işdən çəkindirməyə çalışmalısınız. Baxıcıların, cadugarların, falçıların, kahinlərin ətrafında çoxlu sayda şeytanlar olur. Onlar məhz şeytanların vasitəsilə bu çirkin işləri görürlər. Onların yanında olmaq, sözsüz ki, insana şərr toxundura bilər. 

Teqlər: 
Paylaş: