Tövbəni necə etməliyik?

Sual: 
Bu gün şeytana uydum ve Allaha xoş getmiyecek bir günah işletdim. Bunun üçün peşmanam ve tövbe etmek isteyirem ama nece edeceyimi bilmirem. Men Namaz qılmıram bes edeceyim tövbe bu sebebe göre qebul olunmazmı?
Cavab: 

Salam aleykum. Peyğəmbər buyurmuşdur: "Peşmançılıq tövbədir". Allahdan bağışlanma diləmək, sonra isə bir daha günaha qayıtmamaq üçün cəhd göstərmək lazımdır. Tövbə sözünün mənası qayıtmaq deməkdir. Yəni tövbə edən Allahın qadağan etdiyi əməllərdən Onun razı qaldığı əməllərə qayıdır. Namaz qılmaq isə Allahın ən vacib buyurduğu və ən çox razı qaldığı əməldir. Həmçinin, namaz insanı günahlardan təmizləyir və qoruyur. Uca Allah buyurur: “Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl! Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir.” (əl-Ənkəbut, 45).
Peyğəmbər səhabələrinə demişdir: “Deyin görüm, əgər birinizin evinin qarşısından bir çay axarsa və o hər gün orada yuyunarsa, onun üzərində çirk qalarmı?” Onlar dedilər: “Onun üzərində çirkdən heç bir əsər-əlamət qalmaz.” O buyurdu: “Beş vaxt qılınan namaz da belədir, Allah onun vasitəsilə günahları silib yox edir.”

Teqlər:

Paylaş: