Yeni doğulan qız uşağı üçün nə etmək lazımdır?

    27.02.2014
Sual: 
Salam aleykum. Yeni doğulan qız uşağı üçün nə etmək lazımdır?
Cavab: 

Aleykum salam. Yeni doğulmuş körpə üçün dua etmək yaxşıdır. Əbu Musa (radıyəllahu anhu) deyir: "Mənim oğlum olmuşdu. Onu Peyğəmbərin yanına apardım. O, uşağa İbrahim adını qoydu. Sonra barmağının ucuna xurma qoyub uşağın ağzına sürtdü və onun üçün dua edib Allahdan bərəkət dilədi və sonra uşağı mənə qaytardı". Bu uşaq Əbu Musanın böyük uşağı idi". (Buxari, 5150; Muslim, 2145).
Övladı olan insanın əqiq qurbanı kəsməsi də vacibdir. Oğlan uşağı üçün iki, qız uşağı üçün isə bir baş qoyun kəsilir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Doğulmuş uşaqla yanaşı əqiqi var. Onun əvəzinə qan axıdın və ona əziyyət verən şeyləri təmizləyin". (İbn Məcəh: 2/1056, №: 3163).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Doğulmuş hər bir uşaq "əqiqinə" bağlıdır. Yeddinci gün əqiq kəsilir, saçı qırxılır və ad qoyulur". (ət-Tirmizi, 1522).
Daha sonra isə saçının ağırlığı çəkisində qızıl və yaxud gümüş sədəqə verilir. Bunu yerinə yetirmək üçün mütləq saçı tərəzidə çəkmək vacib deyildir. Bunu etmək çox çətindirsə, sadəcə saçın ağırlığını təxminən hesablamaq, qızıl və yaxud gümüşün dəyərinə bərabər kağız pul vermək kifayətdir.
 

Teqlər: 
Paylaş: