Zövcəsi xəstə olan kişi zina etmədən ehtiyacını necə ödəyə bilər?

    26.12.2017
Sual: 
Zövcəsi xəstə olduğu üçün ona yaxınlıq edə bilməyən kişi zinadan yayınaraq yaxınlıq ehtiyacını necə ödəməlidir?
Cavab: 
Salam aleykum. Əgər müalicəsi varsa, imkan daxilində çalışıb zövcəsini müalicə etdirməlidir. Yaxud, həmin kişinin evlənməyə imkanı varsa, şəriətə müvafiq qaydada ikinci zövcə də ala bilər. Əgər buna imkan yoxdursa, onda çarəsi oruc tutmaqdır, çünki oruc tutmaq şəhvət hissini tərbiyə etmək üçün ən gözəl vasitələrdən biridir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Ey cavanlar, kim evlənə bilirsə, evlənsin. Çünki evlənmək, gözü naməhrəmlərə baxmaqdan, ayıb yerlərini isə zinadan qoruyur. Kim evlənə bilmirsə, oruc tutsun. Həqiqətən, oruc tutmaq onun çarəsidir". (əl-Buxari, 5066). Həmçinin çətin də olsa digər şəri vasitələrdən (gözü haramdan çəkmək, ibadət, dua, zikri artırmaq, haramı yada salan vasitələrdən və yerlərdən mümkün qədər uzaq durmaq, zinanın zərərləri haqqında düşünmək, möminlərlə oturub-durmaq, camaat namazlarında iştirak etmək və s.) istifadə edərək, səbr edib mükafatını Allahdan diləsin. Qadın necə səbr edirsə, kişi də o cür səbr etməlidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "Kim iffətli (həyalı, namuslu) olmaq istəyərsə, Allah onu iffətli edər. Kim səbrli olmaq istəyərsə, Allah onu səbirli edər. Kim də zəngin olmaq istəyərsə, Allah onu zəngin edər. Heç kəsə səbrdən daha xeyirli və geniş bir pay verilməmişdir". (əl-Buxari, 1469, 6470; Muslim, 1053). Həmçinin oxuyun:
Paylaş: