Gülün düşər-düşməz olması doğrudur?

    04.03.2014
Sual: 
Salam aleykum. Gülün nese bir ehemyyeti varmi? Yeni düşer-düşməzi...? Əgər ətraflı və geniş şəkildə izah etsəniz bezmədən, yorulmadan oxuyub sizə minnətdar olaram. Əvvəlcədən təşəkür edirəm. Çox Sağ Olun!.
Cavab: 

Aleykum salam. Xeyr, bu yalnışdır. Sizə bir misal çəkim; hamımız bilirik ki, insanın həyatını idarə edən Allahdır. Əgər Allah insana bir xeyir vermək istəsə, bu xeyirə kim mane ola bilər? Həmçinin, əgər Allah insana zərər vermək istəsə, buna kim mane ola bilər? Belə olduğu halda müsəlman gülün və başqa əşyaların düşər-düşməz olmasına inanmamalıdır. Əgər Allah sizin qədərinizə bir xeyir yazıbsa və siz bu gün gül almısınızsa, heç vaxt ola bilməz ki, gül sizın həyatınıza təsir göstərsin və sizi xeyirdən məhrum etsin. Uca Allah buyurur: "Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini (lütfünü) geri qaytara bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O, bağışlayandır, rəhm edəndir". (Yunus, 107).

Teqlər: 
Paylaş: