Haram içkinin satışının qarşısını ala bilmiriksə, içkini alıb məhv etmək olar?

    13.12.2017
Kimdən: 
s.b
Sual: 
haram içki satan birisine engel ola bilmediyimiz halda,hemin içkileri satin alib mehv etmek caizdir?
Cavab: 

Salam aleykum. Bu düzgün çıxış yolu deyil, çünki içkini aldıqda haram olan bir şeyin ticarətinə kömək etmiş olursunuz. Siz ən azından nəsihət edə biləcəyiniz insanları içkidən çəkindirməyə çalışın. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Sizdən biriniz bir münkər (günah, pis) əməl gördükdə bacarırsa onu əli ilə düzəltsin! Ona qadir olmasa, dili ilə düzəltsin! Ona qadir da olmasa, qəlbi ilə nifrət etsin ki, bu da imanın ən zəif mərtəbəsidir". (Səhih Muslim, 175). 

Paylaş: