Ara-sıra işlənən qızıl zinət əşyalarına görə zəkat düşürmü?

    02.02.2018
Kimdən: 
Ummu
Sual: 
Salam aleykum.mən qızıl haqqında oxudum düzü tamda başa düşmədim.deməli 125 qr qızılım var. Yoldaşım, qaynanam tərəfindən verilən.mən hər il onun zəkatını verirəm. Baxın duz hesablayıram? 125*2,5=312,5:100=3,125 QR. yəni 3,125 qram qızılın pulun çıxardıram. Məni çaşdıran məqam bu oldu ki, yazmısız işlədilən qızıla zəkat düşmür. Qızıllarım Həm qədimidi həmdə xoşlamıram qızıl taxmağı.Evin bir küncündə durub. Arada bir taxıram sonra çıxarıram. Yəni belə olduğu halda bu qızıllara zəkat düşür?
Cavab: 
Va aleykum Salam. Ara-sıra olsa belə istifadə edilən qızıllara görə zəkat vermək vacib deyil, lakin müstəhəbdir. Ümumən, istifadə olunmayan qızılın çəkisi 85 qramı keçirsə, həmin çəkinin 2.5%-i məbləğində zəkat verilməlidir. Məsələn, əgər 125 qram qızıl varsa, bunun 2.5%-i qədərində, yəni siz yazdığınız kimi - 3.125 qram qızıl məbləğində zəkat verilməlidir. Daha ətraflı:
Teqlər: 
Paylaş: