Mehr təyin edilmədikdə nikah batil sayılırmı?

    13.01.2018
Kimdən: 
Aişa
Sual: 
Salam Aleykum. niwanlimla kebin kesdirmiwik ama mehriyyeni hele vermiyib kebin kecerli sayilir?
Cavab: 
Va aleykum Salam. Mehr, evlənərkən kəbinin şərtlərindən biri olub qadına verilən pul, qızıl-zinət əşyaları və s. maldır. Əgər mehr hələ verilməyibsə, qadınla kişi öz aralarında bu barədə müəyyən bir razılığa gələ bilərlər və bu, nikahı batil etmir. Mehri evlənmədən öncə, yaxud sonra vermək olar. Həmçinin bir hissəsini əvvəl, qalanını isə sonra vermək olar. Daha ətraflı:
Paylaş: