Oğurluq malı satın almaq olarmı?

    13.01.2018
Kimdən: 
Ruslan
Sual: 
Salam.Sualım oğurluq malın satılması barədədir. Kimsə oğurlayıb ucuq qiymətə mal satmasının günahı alanın boynunadır yoxsa satanın?Tutaq ki,6 manatlıq sementi oğurlayıb 4 manata satır. Belə götürsək marketdən ərzaq malları alanda satıcıdan soruşmuruq ki,firmadan nəğd pula alıb,yaxud oğurlayıb və s. biz pulumuzu verib malı alırıq. Cavaba görə əvvəlcədən təşəkkürlər!
Cavab: 

Və aleykum Salam. Əgər malın oğurluq olduğunu bilirsinizsə, o malı almaq haramdır. Malın oğurluq olduğunu bildiyiniz halda alırsınızsa, günahı sizin də, satanın da boynuna yazılır. Amma xəbəriniz olmadan almısınızsa, günah daşımırsınız. Uca Allah buyurur: "Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin..."/ (əl-Bəqərə, 188).

Paylaş: