Ölən üçün adi günlərdə ağlamaq günahdır?

    02.03.2014
Kimdən: 
Lalə
Sual: 
Salam aleykum. Ölmüş insan üçün adi gunlerde aglamaq gunahdir? Bele bir shey oxumusham, kim ölmüş insan üçün aglayarsa, hemin insan qebirde ezab chekir. Bu dogurdanda beledir? Xahiş edirem ki, mene etrafli izah edersiniz. Size eziyyet verirem deye bağişlayın ve haqqinizi halal edin!
Cavab: 

Aleykum salam. Ölən insan üçün ağlamaq günah deyildir. Xüsusən də əgər ölən şəxs yaxın insanlardan sayılırsa, bu zaman insanın ağlaması təbiidir. Hətta Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) övladı vəfat etdikdə onun gözlərindən yaş gəldi. Bu da onu göstərir ki, ölən insan üçün ağlamaq günah sayılmır. Lakin bir məsələni qeyd edim ki, ölü üçün vay-şivən qopararaq ağlamaq, özünü döymək və Allah Təalaya şikayət edərək üz-gözü cırmaq qadağan edilmişir. Belə olan təqdirdə ölən şəxs qəbirdə sıxıla bilər. 

Teqlər: 
Paylaş: