İnternetdə olan şəxsi məlumat əsasında qurulan testlərə inanmaq olarmı?

    13.01.2018
Kimdən: 
xanım
Sual: 
Salam.Saytınızı çox bəyənirəm.Sualım budu ki,bir çox sayt var ki, orda maraqlı testlər var.Məsəl üçün adınızı,soyadınızı,yaşınızı yazırsız size xasiyyətiniz haqqında məlumat verir, və ya gəlinlik modellərini seçirsiz nə zaman evlənəcəyinizi deyir.və ya Rənglər seçirsiz sizin haqqınızda bəzi şeylər deyir. Bu fala baxdırmaq sayılır? Xahiş edirəm cavab verin.
Cavab: 

Və aleykum Salam. Gələcəklə bağlı olan fal haramdır. Digər xasiyyətlə bağlı informasiyalar isə nisbidir. Hər bir halda bu kimi şeylərə etimad etmək olmaz və çəkinməyiniz yaxşıdır. Həmçinin oxuyun: Fala baxmaq günahdırmı? 

Paylaş: