Seriallara aid olan saytda yazar işləmək olarmı?

    07.02.2018
Kimdən: 
Allah bəndəsi
Sual: 
Salamun aleyküm Admin qardaşım. Mənim bir sualım var. Mən saytda yazıçı işliyirəm. Seriallar haqqında türk sayıtıdı. Ama sayıtda yazdığımı ailəmdən gizlədirəm. Bunun günahı nədir?
Cavab: 

Və aleykum Salam. Müasir seriallarda əsasən zina, açıq-saçıqlıq, yalan və digər haram olan şeylər təbliğ olunduğuna görə belə seriallar haqda yazılar olan saytlarda işləmək və onları təbliğ etmək düzgün deyil. Uca Allah buyurur: "​Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!" (əl-Maidə, 2). "Kim yaxşı bir işə vasitəçilik etsə, ona bunun savabından bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da onun günahdan bir pay düşər. Allah hər şeyi Qoruyandır"(ən-Nisa, 85). Həmçinin oxuyun: Aktyorluq sənəti nə üçün qadağandır? 

Teqlər: 
Paylaş: