Kiminsə malında gözüm qalırsa, bu mənim üçün günah sayılır?

    01.03.2014
Sual: 
Salam aleykum. Kiminse eshyasinda ve yaxud da vir sira ve.s sheylerde gozum qalirsa, onu isteyiremse ve o mene vermirse menimde onlarda gozum qalirsa, bu menim üçün gunah sayilir?
Cavab: 

Aleykum salam. Kiminsə malında gözün qalması günaha gətirə bilər. Məsələn, insan onda olmayan bir neməti başqasında gördükdə buna görə öz taleyindən narazı qalaraq naşükürlük edə bilər. Həmçinin, bununla o, tamahkar, paxıl insana çevrilə bilər. Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “(Nemət baxımından) sizdən aşağı olan kimsələrə baxın, sizdən yuxarı olan kim­sələrə baxmayın! Bu, Allahın (sizə bəxş etdiyi) nemətini kiçik hesab etmə­məyiniz üçün daha münasib­dir”. (Muslim, 7619).
  

Paylaş: