"Əgər siz günah etməsəydiniz, Allah sizi məhv edib yerinizə günah edib tövbə edən insanlar yaradardı hədisi" haqqında...

    09.02.2018
Kimdən: 
Abdullah
Sual: 
ƏsSələəmu aleykum sualım belədi.siz günah etməsəniz sizin yerinizə başqa məxluqlar yaradarığ.onlar günah edib tövbə edərlər.Quranda belə ayə varmı? cəzəkallahu xayran
Cavab: 

Və aleykum Salam. Sizin qeyd etdiyiniz ayə deyil, Muslimin rəvayət etdiyi hədisdir. Belə ki, bu hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Nəfsim əlində olan Allaha and olsun ki, əgər siz günah etməsəniz Allah sizi məhv edər və sizin yerinizə elə bir qövm gətirər ki, onlar günah edər və Allahdan bağışlanma diləyərlər, Allah da onları bağışlayar". (Səhih Muslim, 2749). Bu hədis bəzi insanların düşündüyü kimi insanların günahlarına haqq qazandırmır, sadəcə insanın yaradılış baxımından günahkar olması və Allahın öz mərhəməti ilə günahkarlardan tövbə edənləri bağışladığını bildirir.

Teqlər: 
Paylaş: