Həddindən artıq qənaətcil və xəsis olduğuma görə günah qazanıram?

    01.03.2014
Sual: 
Salam aleykum. Men chox qenaetchil bir insanam. Hami mene deyir ki, bu qeder de olma da! Amma men her sheye qenaeet edirem ve chox da simicem. Hech kimden hech ne almamagi ve hech kime de hech neyimi vermemeyi xoshlayiram. Bu özüümden asli olamayan bir xüsusiyyetdir. Chox simic oldugum üçün, her sheye qenaet edirem. Hetta ishiga, qaza ve yemeye bele... Men gunah etmiremki?
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar". (əl Furqan, 67).
İslam dini hər bir əməldə ölçülü olmağı və orta yol tutmağı buyurur. Ona görə də nə xəsis, nə də israfçı olmaq lazım deyildir. İnsan özünə baxmalıdır, əgər onda xəsislik üstünlük təşkil edirsə, o, özündə əliaçıqlıq amillərini inkişaf etdirməlidir. Həmçinin, əgər o, malı çox israf edən, bədxərclik edən insandırsa, özündə qənaət etmə amillərini inkişaf etdirməlidir. Beləliklə, insan səxavətli, əliaçıq və qənaətcil olmalı, xəsis və israfçı olmamağa çalışmalıdır. Xəsisliyin əlacı haqqında isə Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Kim malı xərcləməyə xəsislik edər və gecə ibadətə qalxmağa çətinlik çəkərsə: “Subhənəllahi və bihəmdihi”- desin”.
Allah Elçisi (salləllahu aleyhi və səlləm) demiş­dir: “Kim gecə qalx­ma­ğa çətinlik çəkər, malı xərcləməyə xəsislik edər və ya düşmənlə vuruşmaq­dan qorxarsa, “Subhənəllahi və bihəmdihi”- demə­yi çoxaltsın. Şübhəsiz ki, bu kəlmə Allah Təalaya Onun yolunda dağ boy­da qızılı xərclə­məkdən daha sevimlidir”.
Həmçinin, əliaçıqlığı yaradan amillərdən axirəti, dünyanın sonunu tez-tez yada salmaq, dünya malının fani olması, savab qazanmağın isə öləndən sonra insana nə qədər faydalı olacağı barəsində düşünməkdir.

Paylaş: