Peyğəmbərin səhabələrinin içində sünni və ya şiə olubmu?

    16.02.2018
Kimdən: 
Abdullayev ulvi
Sual: 
Eslam eleykum ve rehmetullahi ve betakatuh. Size sual vermek isteyirdim sadece eşdiyime göre peyğemberin sünüsude ayrı olub şie side bu duzdur yoxsa yox
Cavab: 
Va aleykumus-Sələm və rahmətullah va bərakətuhu. Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) dövründə heç bir məzhəb olmayıb. Əli, Hüseyn, Fatimə, səhabələr (Allah onlardan razı olsun) -- heç biri hansısa firqəyə mənsub olmayıblar. Uca Allah buyurur: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!" (Ali İmran, 103).
"Allah tərəfindən açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar". (Ali İmran, 105).  
İslamda firqələr dinə sonradan gətirilmiş yeniliklər sayəsində meydana gəlmişdir. Hər bir müsəlman Allahın dinini öyrənməli, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yolunu tutub getməli və sonradan uydurulmuş yeniliklərdən çəkinməlidir. Həmçinin oxuyun: Şiə və sünni nədir və bunların hansı düzgündür?
Teqlər: 
Paylaş: