Necə oldu ki, dünyadakı insanlar İslam dinini tanıdılar?

    07.03.2014
Kimdən: 
Cəlal
Sual: 
Salam aleykum. Niyə insanlar islam dinini tanımamışdı? Necə oldu ki, onlar bu dini tanıyıb, Allaha inanmağa başladılar? İlk dəfə islam dinini Azərbaycana kim və necə gətirmişdi? Zəhmət olmasa sualı cavablandırın.
Cavab: 

Aleykum salam. Xatırladım ki, hər bir insan doğularkən İslam dinini tanıyaraq doğulur. Yəni hər bir insanın fitrəti (təbiəti) İslam dininə uyğun olaraq yaradılmışdır. Dünyaya gələn hər bir uşaq müsəlman hesab olunur. Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) buyurur: "Hər bir doğulan uşaq fitrət üzrə doğulur. Bundan sonra onun ata-anası (yəhudi isə) onu yəhudi, (xristian isə) onu xristian, (məcusi isə) onu məcusi edirlər". (Səhih Muslim, "Kitabul-Qadər", Bab: Ma'nəə kulli movluudin yuulədu alə-l-fit'rati...", №: 4809). Güman edirik ki, bu hədis sizin sualınıza tam olaraq cavab verir.

Paylaş: