Allah nə qədər ümmət yaradıb?

    26.05.2018
Kimdən: 
Kerem
Sual: 
Allah ne qeder ummet yaradib? Ve bir de zehmet olmasa "itler de bir ummet olsaydi" hedisini tam shekilde yazardiz da...
Cavab: 

Salam aleykum.

1. Ümumən ümmətlər çoxdur və onların sayı barədə islamda hər hansı bir səhih məlumat yoxdur. Uca Allah buyurur: "Yer üzündə gəzən heyvanların və (göydə) uçan iki qanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar". (əl-Ənam, 38).

2. Abdullah ibn Muğaffəl (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət etmişdir: "Əgər itlər də digər ümmətlər kimi, bir ümmət olmasaydı, onları öldürməyi əmr edərdim. Onlardan tünd qara olanı öldürün!" (ət-Tirmizi, 1486 və hədisə "səhih" deyib. Əbu Davud "Sunən", 8/26, 2845; ən-Nəsai, 4280; İbn Məcəh, 3205).

Cabir ibn Abdullah (Allah ondan razı olsun)  rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) itlərin öldürülməsini əmr etdi. (Biz də itləri öldürdük,) hətta çöldən gələn bir qadının itini belə öldürmüşdük. Daha sonra itlərin öldürülməsini qadağan etdi və, "Xalis (düm) qara olanını, iki nöqtəli olanını öldürün. Çünki o, şeytandır" buyurdu demişdir. (Müxtəsər Səhih Muslim, 1/1572). Həmçinin oxuyun: Hansı heyvanları öldürmək olar?

Paylaş: