Uveyslik nədir?

    24.06.2018
Sual: 
Salam Aleykum.Türklerde üveyslik deyə bir şey var.zikrler edirler xüsusi yuxular görürler,qoxular hiss edirler.deqiq araşdırın bilessiz beıkede bilirsiz.bixim dildə ona ne deyirler?bu heqiqetdir?çünki mende etmek istiyirem.çox xahiş edirem mene etraflı melumat veresiniz
Cavab: 

Va aleykum Salam. Bunun əsli sufilikdən gəlir və xurafatdan başqa bir şey deyil. Həmin zikrlərin dində əsli olmadığına görə bidətdir (dində yenilikdir) və bu əməlləri etmək günahdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bidətləri qadağan edərək demişdir: "...Ən xeyirli kəlam Allahın Kitabı və yolların ən xeyirlisi Muhəmmədin yoludur. İşlərin ən şərlisi (dində) edilən yeniliklərdir (bidətlər) və şübhəsiz ki, hər bir yenilik zəlalətdir. Hər bir zəlalət isə Cəhənnəm odundadır". (Səhih Muslim, İmam Əhməd, 1/435).
O həmçinin demişdir: "Bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edənin əməli rədd olunur". (Səhih əl-Buxari, 2697). Daha ətraflı: Bidət nədir?

Teqlər: 
Paylaş: