Şəhadətdə "Əşhədu Ənnə Əmirəl M'umininə Aliyyən Valiyyullah" deyilməlidir?

    08.03.2014
Sual: 
Salam aleykum. Kelimeyi Şehadet haqqinda mubahiseler choxdur. Xususile de onun sonundaki "əşhədu ənnə əmirəl mumininə Aliyyən valiyullah" hissesi. Men bilmirem sonda o hisseni deyim ya demeyim. Here bir shey deyir. Qrup yoldashim bu haqda mene dedi ki, Peygemberimiz (s.a.s) son nefesinde o hisseni de vesiyyet edib. Amma son nefesini verdiyi uchun heç kim inanmayib ve qebul etmeyib o hisseni. Xahiş edirem bu haqda etrafli melumat veresiniz. İndiden chox sagolun. Allah sizden razi olsun!
Cavab: 

Aleykum salam. Şəhadət kəlməsinə "Əşhədu Ənnə Əmirəl M'umininə Aliyyən Valiyullah" sözlərini əlavə etmək olmaz. Çünki, bu ifadə şəhadət kəlməsinə sonradan əlavə olunmuşdur. Peyğəmbərimizin (Allahın ona və ailəsinə salamı və salavatı olsun) istər sağlığında, istərsə də son nəfəsində bu ifadəni "kəlmeyi-şəhadət"-də deməyi vəsiyyət etməsi səhih islam qaynaqlarında öz təsdiqini tapmayan əsassız bir iddiadır. İslam dininin əsasını "kəlimeyi-şəhadət" təşkil edir. İmam Əli (Allah ondan razı olsun) uşaq yaşlarında ikən, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Peyğəmbər olaraq göndərildi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) iyirmi üç il ərzində ta vəfat edənədək insanlara şəhadət kəlməsini söyləməyi buyurmuşdur. İmam Əli "Əmirəl Mu'minin", (Allah ondan razı olsun) yəni möminlərin əmiri, başçısı və ya xəlifə olması Peyğəmbərin (salləllahu aleyhi və səlləm) vəfatından iyirmi beş il sonra olmuşdur. Onda belə bir sual yaranır: Peyğəmbərin (salləllahu aleyhi və səlləm) iyirmi üç illik dövründə və onun vəfatından sonra iyirmi beş il ərzində insanlar şəhadət gətirdikdə hansı sözlərdən istifadə edirdilər?  

Teqlər: 
Paylaş: