Nəyə görə insanlar şeytana aldanır?

    08.03.2014
Kimdən: 
Gülşən
Sual: 
Salam aleykum. Niye gore insanlar sheytanlara aldanir?
Cavab: 

Aleykum salam. İnsanı şeytana aldanmağa heç kəs məcbur etmir, insan öz ixtiyarı ilə şeytana aldanır. Allah Təala bütün insanlara ixtiyar verib və insanlar yaxşı və pis əməlləri öz ixtiyarı ilə seçir. Əgər İnsan şeytana aldanırsa, deməli, Uca Allaha olan imanı zəifdir, Allah Təaladan qorxmur, Allaha məhəbbəti zəifdir və s. Əgər insan şeytana aldanmırsa, əksinə ona qalib gəlirsə, deməli Allah Təalaya olan imanı güclüdür. Xülasə, insan imanının zəifliyindən, Uca Allahı tanımamağından şeytana aldanır. Uca Allah buyurur: "Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir". (ən-Nəhl, 99-100).

Paylaş: