Başqasını İslama dəvət etdikdə onun etdiyi xeyirli əməllərdən bizə də savab yazılırmı?

    09.08.2018
Kimdən: 
ilkin
Sual: 
salam aleykum rehmetullah bereket bir insani islama devet edende o adamda islama girib saleh emeller etse her etdiyi xeyr emele gore devet eden adama savab yazilir
Cavab: 

Va aleykum Salam. Bəli, ümumən xeyir işə vasitəçi olan həmin xeyir əməli edən qədər savab qazanır. Bu barədə Uca Allah buyurur: "Kim yaxşı bir işə vasitəçilik etsə, ona bunun savabından bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da onun günahdan bir pay düşər. Allah hər şeyi Qoruyandır". (ən-Nisa, 85).
Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "İnsanları doğru yola cağıranın mukafatının üzərinə onun dəvət etdiklərinin mükafatı əlavə olunacaqbundan heç bir şey əksilməyəcək. İnsanları doğru yoldan uzaqlaşdıran və zəlalətə çağıranlara azdırdığı insanların da nahı yüklənəcəkbundan heç nə əksilməyəcək". (Muslim, 2674).
Həmçinin Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə demişdir: "Xeyirin yolunu göstərən ona əməl edən şəxs kimi savab qazanır". (Muslim, 1893).
Daha ətraflı:  İslama dəvət necə olmalıdır? 

Paylaş: