Xəstə anama qulluq etdiyim halda onun mənə etdiyi qarğışlar qəbul olunarmı?

    24.08.2018
Kimdən: 
lale
Sual: 
Salam.Menim anam parkinson xestesidir yeni eli esir. Men anama xeste olduğu ucun komek edirem. Onun ehtiyacını odemesi ucun komek oluram her isini gorürem. Herden olurki isim olur komek ede bilmirem. Onda anam baslayır mene bed dua etmeye mene qarğış tokub deyirki sende menim kimi xeste olub esesen. Anam mene bu sozleri o qeder deyibki artıq ureyimde anama qarsı nifret yaranıb.O na komek edende urekden elemirem.Elediyim hec bir isi beyenmir baslayır qargis tokmeye. İndi men sizden sorusmaq isteyiremki anamın bed duaları yerine yeter mende boyuyende onun kimi esecem. Ve birde anama nifret etdiyim ucun günah qazanıram
Cavab: 

Va aleykum Salam. Valideynlərə edilən yaxşılıq Allahın razılığını və Cənnəti qazanmağın ən böyük səbəblərindəndir. Sizə bu cür fürsət düşübsə, səbr edərək ondan maksimum dərəcədə yararlanmağa çalışın. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!"– de. (əl-İsra, 23-24).
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Allah hər günahın cəza vaxtını Qiyamətə qədər təxirə salar. Ancaq valideynə qarşı edilən itaətsizlik bundan istisnadır. Allah ona ölümündən öncə dünyada cəzasını verər". (ət-Tabərani).
"Rəbbin razılığı valideynin razılığındadır, qəzəbi də valideynin qəzəbindədir". (ət-Tirmizi; İbn Hibban; əl-Hakim).
"Ata – (bəzi rəvayətlərdə ana) – Cənnətin orta qapısıdır. Bu qapını sındıra da bilərsən, qoruya da bilərsən". (ət-Tirmizi "Birr", 3; İmam Əhməd "Musnəd", 5/197).

Namaz, oruc kimi vacib ibdadətlərdən sonra ən xeyirli əməllərdən biri ananızın qayğısına qalmaq və onun sözlərinə səbr etməkdir. Ananızın canı ağrıdığı üçün sizə dediyi sözlərə fikir verməyin, onun sizi əziyyətlə böyütməsini və Allahın razılığını qazanacağınızı yada salaraq səbr edin.
Ananızın sizə haqsız yerə bəd dua etməsinə görə narahat olmayın. Alimlərdən biri belə demişdir: "Sənə qarşı haqsız olaraq bəd dua edənin duasından qorxma, çünki duaları qəbul edən Uca Allahdır. Bunu yəqinliklə bil. Nöqsansız və Uca olan Allah zalıma heç bir zaman yardım etməz". (İbn Useymin, Şərh Buluğ əl-Məram, səh. 486).
Etdiyin nifrəti də mərhəmətə və sevgiyə çevirin, xeyir-bərəkət və savab da elə bundadır. Həmçinin oxuyun:
Əgər valideyn haqsız yerə övladına tez-tez qarğış edirsə, qəbul olunurmu?
Ata-ananı incitməyin günahı barədə

Paylaş: