Muvatta nədir və "dövr necədirsə, sən də elə olmalısan" fikri düzdür?
Sual:
Salam aleykum. 1) Muvatta nedir? 2) İslam dininde bele bir shey varmi, dovr necedirse, sende ele olmalisan? Allah razi olsun.
Cavab:
Aleykum salam. "əl Muvatta" - İmam Malik (Allah ona rəhmət eləsin) adında məşhur bir İslam aliminin hədis toplusu kitabının adıdır.
"Dövr necədirsə, səndə elə olmalısan" məsələsi tam şəkildə doğru deyil: Məsələn, dövrümüzdə qadınların çoxu açıq-saçıq gəzir, lakin bu o demək deyil ki, əslində qadınlar, xüsusən də namaz qılan qadınlar açıq geyinib bu dövürə uyğunlaşmalıdırlar. Xülasə, Allahın əmrlərini pozaraq dövrə uyğunlaşmaq səhvdir. Allahın hədlərindən çıxmamaq şərtilə isə dövrə uyğunlaşmaq olar. Uca Allah buyurur: "... Bunlar Allahın hədləridir (hökmləridir). Onlardan kənara çıxmayın. Allahın hədlərindən kənara çıxanlar, əlbəttə, zalımlardır". (əl-Bəqərə, 229).