"Onlar Allah yolunda öldürərlər və öldürülərlər" ayəsinin cihadla əlaqəsi varmı?

    13.03.2014
Kimdən: 
Abdullah
Sual: 
Salam aleykum. Allahin rehmeti haminizin uzerine olsun. Men bir çox hedislerde cihad haqda rast gelmishem ve bu haqda cavab axtariram. Allahu Təala buyurur ki; "Onlar Allah yolunda oldurerler ve oldurulerler". Bunun onunla (yeni cihadla) elaqesi varmi? Zehmet olmasa cavab yazin.
Cavab: 

Aleykum salam. Bu döyüş zamanı olan cihada aiddir. Allah Təala buyurur: "Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. Çünki onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. Bu, Allahın Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur”. (ət Tövbə, 111).
İndi isə hal-hazırda yer üzündə şəriət cihadı yoxdur.

Paylaş: