Atam mən uşaq ikən bizdən ayrılıb, ona qarşı kobudluq edə bilərəm?

    13.03.2014
Sual: 
Salam aleykum. Bilirem ki, valideynlere qarshi chixmaq gunahir. Amma menim anam ve atam men korpe iken ayriliblar. Yeni men anamla yashayiram. Bes bu halda atama qarshi kobudluq etsem, bu gunah sayilar? Axi onun menim uzerimde hech bir haqqi yoxdur. Hech sevmirem onu. Neche illerdi ki, meni gormeye bele gelmir. Indi mene pul verdi, men goturmedim. Haram puldu bilirem. Men de goturmedim. Amma ondan sonra mene etir getirdi, men de qardashimin xetiri uchun goturdum.
Cavab: 

Aleykum salam. Hər bir halda o sizin atanızdır. Sizin üzərinizdə atalıq haqları qalmışdır. Çalışın siz atanıza qarşı kobudluq etməyəsiniz. Uca Allah buyurur ki: "Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyyə etdik". (əl-İsra, 23). Uca Allahın bu vəsiyyətini unutmayın. Siz onun verdikləri hədiyyələri qəbul edin, burada heç bir qəbahət yoxdur. Daha ətraflı aşağıdakı linkləri oxuyun:
Övladın valideyn üzərində haqları
Valideyn evlənməyimizə razı deyilsə, ona qarşı çıxmaq olarmı?
 

Teqlər: 
Paylaş: