Yeni doğulmuş uşağın qulağına deyilmiş adı dəyişdirmək olarmı?

    16.10.2018
Sual: 
Salam.Men oglumun qulaqina deyilen adi deyishdire bilerem.senedlerde deyishmemek sertiyle.qulaqina deyilen adi deyishdirmekle onun xasiyyetinin deyisheceyine inaniram.bu ne qeder duzgundu?ve eger olarsa bunu nece etmeliyem.Təşəkkürler .
Cavab: 
Va aleykum Salam. Əvvəla onu deyək ki, uşaq doğularkən adın qulağına deyilməsi dinimizdə yoxdur. Adın dəyişdirilməsinə gəldikdə isə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yalnız pis mənalı və günahla əlaqəli adları dəyişdirərdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhabələrdən pis məna daşıyan bir ad eşitdikdə onu yaxşısı ilə əvəz edərdi. İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəm­bər (salləllahu aleyhi və səlləm) Asiyanın ("üsyankar qadın" deməkdir) adını dəyişdirib demişdir: "(Bu gündən) sən Cəmiləsən ("gözəl qadın" deməkdir)". (Əbu Davud, 4952).
Əgər sizin övladınıza qoyduğunuz adın mənası pis, islama zidd, küfr və şirk bildirən addırsa dəyişdirməniz vacibdir. Digər hallarda isə ehtiyac varsa, ad dəyişdirməyə qadağa yoxdur. Həmçinin adların insanın taleyinə, xasiyyətinə heç bir təsiri yoxdur. Əsas odur ki, övlada verilən ad gözəl olsun. Həmçinin oxuyun:

 

Teqlər: 
Paylaş: