Qadınların əllərini xına ilə bəzəməsinə aid hədislər varmı?

    27.10.2018
Kimdən: 
Pərviz Şirinbəkov
Sual: 
Qardaş sünnədə qadınlar xınadan əllərini bəzədə bilməyə aid dəlil var?
Cavab: 

Salam aleykum. Sünnədə qadınların əllərinə xına qoyması barədə bir neçə səhih hədis rəvayət edilmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bir qadına dedi ki, sizlərdən hər biri əlini xına ilə boyasın (bəzəsin) ki, əlləri kişi əlinə bənzəməsin. Qadın peyğəmbərin bu sözündən sonra mən Allaha qovuşana qədər xına qoymağı tərk etmədim. Ravi deyir ki, həmin qadının 80 yaşı var idi, yenə də xına qoyurdu. (İmam Əhməd "Musnəd", 4/70).
Aişə (Allah ondan razı olsun) Peyğəmbərimizdən (salləllahu aleyhi və səlləm) belə rəvayət etmişdir: "Bir qadın pərdənin və ya örtüyün arxasından əlində olan yazılı bir şeyi Peyğəmbərə (salləllahu aleyhi və səlləm) uzatdı. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) onun əlini tutduqda ona belə dedi: Bilmədim kişi, yoxsa qadın əlidirmi?! Qadın dedi ki, qadın əlidir. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: "Əgər qadın əli olsa idi, dırnaqlarını xınaladaraq halını dəyişdirərdin". (İmam Əhməd "Musnəd", 6/262; Əbu Davud, 4165-4166; ən-Nəsai, 8/142; əl-Albani "Silsilətul-Əhadis" də (№:5089) buna həsən demişdir).
Lakin hədislərdən elə başa düşülməməlidir ki, bu əməl vacib və yaxud sünnədir.

Paylaş: