Orucun bu ümmətə asanlaşdırılması - əl-Bəqərə surəsi 183 - cü ayə

    13.08.2018
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

 
“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz”

 
عَنِ ابْنِ عَبَّاسٍ {يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِنْ قَبْلِكُمْ} فَكَانَ النَّاسُ عَلَى عَهْدِ النَّبِىِّ -صلى الله عليه وسلم- إِذَا صَلَّوُا الْعَتَمَةَ حَرُمَ عَلَيْهِمُ الطَّعَامُ وَالشَّرَابُ وَالنِّسَاءُ وَصَامُوا إِلَى الْقَابِلَةِ فَاخْتَانَ رَجُلٌ نَفْسَهُ فَجَامَعَ امْرَأَتَهُ وَقَدْ صَلَّى الْعِشَاءَ وَلَمْ يُفْطِرْ فَأَرَادَ اللَّهُ عَزَّ وَجَلَّ أَنْ يَجْعَلَ ذَلِكَ يُسْرًا لِمَنْ بَقِىَ وَرُخْصَةً وَمَنْفَعَةً فَقَالَ سُبْحَانَهُ {عَلِمَ اللَّهُ أَنَّكُمْ كُنْتُمْ تَخْتَانُونَ أَنْفُسَكُمْ}. وَكَانَ هَذَا مِمَّا نَفَعَ اللَّهُ بِهِ النَّاسَ وَرَخَّصَ لَهُمْ وَيَسَّرَ.

 
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi...” (əl-Bəqərə, 183). Peyğəmbərin dövründə (Ramazan ayında) İşa namazından sonra yemək-içmək, qadınla cinsi əlaqədə olmaq insanlara haram olurdu və növbəti gecəyə qədər oruc tuturdular. (Bir dəfə) Bir kişi nəfsini saxlaya bilməyib İşa namazını qıldıqdan sonra iftarını açmadan zövcəsi ilə cinsi əlaqədə oldu. Uca Allah bunu digər insanlara bir asanlıq, rüxsət və mənfəət olmasını istəyərək buyurdu: Allah bilir ki, siz özünüzə xəyanət edirsiniz (orucluq gecələrində zövcələrinizlə yaxınlıq edirsiniz)”. (əl-Bəqərə, 187). Bununla Allah insanlara fayda və rüxsət verərək asanlaşdırdı”.
 
Əbu Davud, 2313, 2315; əl-Beyhəqi “Sunənul-Kubra” 7690, 8154. əl-Albani həsən səhih olduğunu bildirmişdir.