Adəmin zürriyyətinin etirafı

    19.08.2018
 عَنِ ابْنِ عَبَّاسٍ عَنِ النَّبِىِّ ﷺ قَالَ «أَخَذَ اللَّهُ الْمِيثَاقَ مِنْ ظَهْرِ آدَمَ بِنَعْمَانَ - يَعْنِى عَرَفَةَ - فَأَخْرَجَ مِنْ صُلْبِهِ كُلَّ ذُرِّيَّةٍ ذَرَأَهَا فَنَثَرَهُمْ بَيْنَ يَدَيْهِ كَالذَّرِّ ثُمَّ كَلَّمَهُمْ قِبَلاً قَالَ {أَلَسْتُ بِرَبِّكُمْ قَالُوا بَلَى شَهِدْنَا أَنْ تَقُولُوا يَوْمَ الْقِيَامَةِ إِنَّا كُنَّا عَنْ هَذَا غَافِلِينَ أَوْ تَقُولُوا إِنَّمَا أَشْرَكَ آبَاؤُنَا مِنْ قَبْلُ وَكُنَّا ذُرِّيَّةً مِنْ بَعْدِهِمْ أَفَتُهْلِكُنَا بِمَا فَعَلَ الْمُبْطِلُونَ}»

 
İbn Abbas[1] (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - buyurdu: “Allah Ərafatda[2] Adəmin belindən onun zürriyətini çıxararaq onlardan əhd aldı. Onları Adəmin önünə zərrəciklər kimi səpələdi. Sonra bir-başa onlara buyurdu: “Mən sizin Rəbbiniz deyiləmmi?” Onlar: “Bəli, biz şahid olduq!”- dedilər. (Bu ona görədir ki,) siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!”- deməyəsiniz. Yaxud: “Atala­rımız bizdən əvvəl (Allaha) şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən?”- deməyəsiniz” (əl-Əraf, 172-173)”.[3]
 

عَنْ مُسْلِمِ بْنِ يَسَارٍ الْجُهَنِىِّ أَنَّ عُمَرَ بْنَ الْخَطَّابِ سُئِلَ عَنْ هَذِهِ الآيَةِ {وَإِذْ أَخَذَ رَبُّكَ مِنْ بَنِى آدَمَ مِنْ ظُهُورِهِمْ} قَالَ قَرَأَ الْقَعْنَبِىُّ الآيَةَ. فَقَالَ عُمَرُ سَمِعْتُ رَسُولَ اللَّهِ ﷺ سُئِلَ عَنْهَا فَقَالَ رَسُولُ اللَّهِ ﷺ «إِنَّ اللَّهَ ﷻ خَلَقَ آدَمَ ثُمَّ مَسَحَ ظَهْرَهُ بِيَمِينِهِ فَاسْتَخْرَجَ مِنْهُ ذُرِّيَّةً فَقَالَ خَلَقْتُ هَؤُلاَءِ لِلْجَنَّةِ وَبِعَمَلِ أَهْلِ الْجَنَّةِ يَعْمَلُونَ ثُمَّ مَسَحَ ظَهْرَهُ فَاسْتَخْرَجَ مِنْهُ ذُرِّيَّةً فَقَالَ خَلَقْتُ هَؤُلاَءِ لِلنَّارِ وَبِعَمَلِ أَهْلِ النَّارِ يَعْمَلُونَ». فَقَالَ رَجُلٌ يَا رَسُولَ اللَّهِ فَفِيمَ الْعَمَلُ فَقَالَ رَسُولُ اللَّهِ ﷺ «إِنَّ اللَّهَ ﷻ إِذَا خَلَقَ الْعَبْدَ لِلْجَنَّةِ اسْتَعْمَلَهُ بِعَمَلِ أَهْلِ الْجَنَّةِ حَتَّى يَمُوتَ عَلَى عَمَلٍ مِنْ أَعْمَالِ أَهْلِ الْجَنَّةِ فَيُدْخِلَهُ بِهِ الْجَنَّةَ وَإِذَا خَلَقَ الْعَبْدَ لِلنَّارِ اسْتَعْمَلَهُ بِعَمَلِ أَهْلِ النَّارِ حَتَّى يَمُوتَ عَلَى عَمَلٍ مِنْ أَعْمَالِ أَهْلِ النَّارِ فَيُدْخِلَهُ بِهِ النَّارَ».

 
Muslim ibn Yəsər əl-Cuhəni (Allah ona rəhm etsin) rəvayət edir ki, Ömər ibn əl-Xəttabdan[4] (Allah ondan razı olsun) bu ayə haqqında soruşdular: Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: "Mən sizin Rəbbiniz deyi­ləmmi?"- deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: "Bəli, biz şahid olduq!"- demişdilər. Bu ona görədir ki, siz Qiyamət günü: "Biz bun­dan xəbərsiz idik!"- deməyəsiniz (əl-Əraf, 172). əl-Qanabi (Allah ona rəhm etsin) ayəni oxudu. Ömər (Allah ondan razı olsun) dedi: “Mən Allah Elçisinin - salləllahu aleyhi və səlləm - bu ayə haqqında soruşulduğunu eşitdim. Allah Elçisi - salləllahu aleyhi və səlləm - belə dedi: “Uca Allah Adəmi yaratdı, sonra sağ əlini onun belinə çəkdi və onun belindən zürriyyətini çıxardıb dedi: “Bunları Cənnət üçün yaratdım, Cənnət əhlinin əməlini edəcəklər”. Sonra (Allah yenə əlini Adəmin) belinə çəkdi və onun belindən zürriyyətini çıxardıb dedi: “Bunları Cəhənnəm üçün yaratdım, Cəhənnəm əhlinin əməlini edəcəklər”. Bir kişi dedi: “Ey Allahın Elçisi, onda əməl nəyə lazımdır?” Allah Elçisi - salləllahu aleyhi və səlləm - dedi: “Həqi­qə­tən, Uca Allah bir qulu Cənnət üçün yaratmış olsa, onu Cənnət əhlinin əməlini etməyə yönəldər. Nəhayət, o, Cənnət əhlinin əməllərindən biri üzərində ölər və onunla Cənnətə daxil olar. Habelə, Allah bir qulu Cəhənnəm üçün yaratmış olsa, onu Cəhənnəm əhlinin əməlini etməyə yönəldər. Nəhayət, o, Cəhənnəm əhlinin əməllərindən biri üzərində ölər və onunla Cəhənnəmə daxil olar”.[5]

 
[1] Əbul-Abbas Abdullah ibn Abbas ibn Abdul-Mattalib əl-Haşimi (Allah ondan razı olsun) hicrətdən az əvvəl dünyaya gəlmişdir. Peyğəmbərin - salləllahu aleyhi və səlləm - məşhur səhabələrindən biridir. Ən çox hədis rəvayət etmiş yeddi səhabədən biridir. Hicrətin 68-ci ilində yetmiş bir yaşında vəfat etmişdir.
[2] Ərafat - Məkkədə dağ adıdır. Zül-hiccə ayının doqquzu zəvvarların bir hissə­si həcc mə­ra­siminin ayinlərini yerinə yetirdikləri zaman, digər müsəlmanlar oruc tuturlar.
[3] Əhməd 2327, 2455, 2499. əl-Albani “Silsilətul-Əhədisis-Sahiha”da (№ 1623), “Sahihul-Cəmius-Sağir”­də (№ 1701) və “Mişkətul-Məsabih”də (№ 121) səhih olduğunu bildirmişdir.
[4] Əbu Həfs Ömər ibn Xəttab ibn Nufeyl əl-Qurəşi əl-Faruq (Allah ondan razı olsun) fil ilindən on il sonra, yəni, Muhəmmədə - salləllahu aleyhi və səlləm - peyğəmbərlik verilməmişdən otuz il əvvəl dünyaya gəlmişdir. Cənnətlə müjdələnmiş on nəfərdən biridir. O, Peyğəmbərin - salləllahu aleyhi və səlləm - həm ən yaxın iki dostlarından biri, həm də onun qayınatası, möminlərin anası – Həfsənin atasıdır. Ömər ibn Xəttab (Allah ondan razı olsun) demək olar ki, Peyğəmbərlə - salləllahu aleyhi və səlləm - birlikdə bütün döyüşlərdə iştirak etmiş və ələlxüsus da ağac altında ona beyət gətirənlərdən olmuşdur. Ömər ibn Xəttab (Allah ondan razı olsun) Peyğəmbərin - salləllahu aleyhi və səlləm - ikinci xəlifəsi olmuş və məhz onun xilafəti dövründə o dövrün ən böyük imperiyaları, habelə Peyğəmbərimizin - salləllahu aleyhi və səlləm - arzuladığı Qüds fəth edilmişdir. Peyğəmbər - salləllahu aleyhi və səlləm - onu tərifləyib demişdir: “Əgər məndən sonra peyğəmbər göndərilmiş olsaydı, Ömər olardı” (ət-Tirmizi, 2/293; Silsilətul-Əhədisis-Sahiha, 327); başqa bir hədisdə Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “(Yuxuda) gördüm ki, Cənnətdəyəm. Birdən qarşıma bir qəsr və bu qəsrin həyətində bir cavan qız çıxdı. Soruşdum: “Bu (qəsr) kimindir?” Dedilər: “Ömərindir!” Mən qəsrin içinə girib ora göz gəzdirmək istədim, lakin sənin qısqanclığın yadıma düşdü (və mən dönüb oradan uzaqlaşdım)”. Bunu eşidəndə Ömər dedi: “Atam-anam sənə qurban, ey Allahın Elçisi, heç sənə qısqana bilərəmmi?!” (əl-Buxari, 3679). Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: “Ömər İslamı qəbul edənədək müşriklər bizə Kəbənin yanında namaz qılmağa imkan vermirdilər. Ömər müsəlman olduqdan sonra qureyşlilərin müqavimətini sındırıb Kəbənin yanında namaz qıldı, biz də onunla birgə namaz qıldıq” (Səhih Sıyra ən-Nəbəviyyə, 1/188). Ömər ibn Xəttab (Allah ondan razı olsun) hicrətin 13-cü ilində xilafətə gəlmiş, 10 il 6 ay möminlərə layiqincə əmirlik etmiş və hicrətin 23-cü ilində, zilhiccə ayının 23-ü, Mədinə şəhərində fars mənşəli məcusi Əbu Lulu Firuz tərəfindən vurulmuş və üç gündən sonra 63 yaşında şəhid olmuşdur. Bundan sonra onu əziz iki dostunun: Peyğəmbərin – salləllahu aleyhi və səlləm - və Əbu Bəkrin (Allah ondan razı olsun) yanında dəfn etmişlər.
[5] Əbu Davud, 4705. əl-Albani “onun belinə çəkdi” sözündən başqa səhih olduğunu bildirib.