Gecə vaxtı ibadət etməyin fəziləti

    05.09.2018
عَنْ عُقْبَةَ بْنَ عَامِرٍ يَقُولُ: لَا أَقُولُ الْيَوْمَ عَلَى رَسُولِ اللَّه ﷺ مَا لَمْ يَقُلْ سَمِعْتُ رَسُولَ اللَّهِ ﷺ يقول: «مَنْ كَذِبَ عَلَيَّ متعمدًا فَلْيَتَبَوَّأْ بَيْتًا مِنْ جَهَنَّمَ» وسمعت النبي ﷺ يقول: «رجل من أمتي يقوم مِنْ اللَّيْلِ يُعَالِجُ نَفْسَهُ إِلَى الطَّهُورِ وَ عليكم عُقَد فَإِذَا وَضَّأَ يَدَيْهِ انْحَلَّتْ عُقْدَةٌ وَإِذَا وَضَّأَ وَجْهَهُ انْحَلَّتْ عُقْدَةٌ وَإِذَا مَسَحَ رَأْسَهُ انْحَلَّتْ عُقْدَةٌ وَإِذَا وَضَّأَ رجليهه انْحَلَّتْ عُقْدَةٌ فَيَقُولُ الله ﷻ لِلَّذِينَ وَرَاءَ الْحِجَابِ: انْظُرُوا إِلَى عَبْدِي هَذَا يُعَالِجُ نَفْسَهُ يَسْألُني مَا سَأَلَنِي عَبْدِ هَذَا فَهُوَ لَهُ ما سألني عبدي هذا فهو له»
 

Uqbə ibn Amir (Allah ondan razı olsun) demişdir: “Bu gün mən Allah Elçisinin - salləllahu aleyhi və səlləm - buyurmadığı şeylər haqqında danışmayacağam, çünki mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim bilərəkdən mənim adımdan yalan danışarsa, Cəhənnəmdəki evinə hazırlaşsın”. Həm­çinin, Peyğəm­bərin - salləllahu aleyhi və səlləm - belə buyurduğunu eşitdim: “Ümmə­timdən bir kişi var ki, gecə duraraq dəstəmaz almaqla nəfsini mü­alicə edir. O, əllərini yuduqda bir düyün, üzünü yuduqda bir düyün, başını məsh etdikdə bir düyün, ayaqlarını yuduqda isə bir düyün açılır. Uca Allah pərdə arxasında olanlara buyurur: “Nəfsini müalicə edən bu quluma baxın! Bu qulum Məndən nə istəyərsə, o da ona veriləcəkdir”.[1]

 
[1] İbn Hibban, 1052, 2555. Şueyb əl-Arnavut isnadının səhih oldu­ğu­nu bildirmişdir.