Arafa gününün fəziləti

    07.09.2018
قَالَتْ عَائِشَةُ إِنَّ رَسُولَ اللَّهِ ﷺ قَالَ «مَا مِنْ يَوْمٍ أَكْثَرَ مِنْ أَنْ يُعْتِقَ اللَّهُ فِيهِ عَبْدًا مِنَ النَّارِ مِنْ يَوْمِ عَرَفَةَ وَإِنَّهُ لَيَدْنُو ثُمَّ يُبَاهِى بِهِمُ الْمَلاَئِكَةَ فَيَقُولُ مَا أَرَادَ هَؤُلاَءِ»
 

Rəvayət edilir ki, Aişə[1] (Allah ondan razı olsun) demişdir: "Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Ərafa günündə olduğu qədər Allahın atəşdən çox qul azad etdiyi başqa bir gün yoxdur. Həqiqətən, o gün Allah, (dünya səmasına) yaxınlaşır və mələklərin qarşı­sında (Ərafatda olanlarla) öyünərək buyurur: “Bun­lar nə istəyirlər?”[2]

 
[1] Aişə bint Əbu Bəkr Abdullah ibn Əbu Quhafə Osman ibn Amir ət-Teymiyyə (Allah ondan razı olsun) Allah Elçisinin ﷺ zövcəsi, möminlərin anası, bu ümmətin qadınları arasında İslam dinini ən yaxşı bilən qadın və ən çox hədis rəvayət edən səhabələrdəndir. Hicrətin 57-ci ilində Mədinədə vəfat etmişdir. Onun fəzilətinə dair neçə-neçə hədislər varid olmuşdur. Bunlardan birini qeyd edək; (bir dəfə) Peyğəmbər ﷺ Aişədən: “Sən həm bu dünyada, həm də Axirətdə mənim zövcəm olmağa razısanmı?”– deyə soruşdu. Aişə: “Əlbəttə, razıyam!”– deyə cavab verdi. Onda Peyğəmbər ﷺ buyurdu: “Dünyada da, Axirətdə də sən mənim zövcəmsən!” (Mustədrək, 4/10; Silsilətul-Əhədisis-Sahiha, 1142). Həmçinin onun barəsində nazil olmuş bəraət ayələri (ən-Nur surəsi, 11-22) onun nə dərəcədə fəzilətli qadın olduğuna dəlalət edir.
[2] Muslim, 1348, 2402, 3354.