Əsli-nəsəbi ilə öyünməyin təhlükəli olması

    11.09.2018
عَنْ أُبَىِّ بْنِ كَعْبٍ قَالَ انْتَسَب رَجُلاَنِ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ ﷺ فَقَالَ أَحَدُهُمَا أَنَا فُلاَنُ بْنُ فُلاَنٍ فَمَنْ أَنْتَ لاَ أُمَّ لَكَ فَقَالَ رَسُولُ اللَّهِ ﷺ «انْتَسَبَ رَجُلاَنِ عَلَى عَهْدِ مُوسَى فَقَالَ أَحَدُهُمَا أَنَا فُلاَنُ بْنُ فُلاَنٍ حَتَّى عَدَّ تِسْعَةً فَمَنْ أَنْتَ لاَ أُمَّ لَكَ قَالَ أَنَا فُلاَنُ بْنُ فُلاَنٍ ابْنُ الإِسْلاَمِ. قَالَ فَأَوْحَى اللَّهُ إِلَى مُوسَى عَلَيْهِ السَّلاَمُ أَنَّ هَذَيْنِ الْمُنْتَسِبَيْنِ أَمَّا أَنْتُ أَيُّهَا الْمُنْتَمِى أَوِ الْمُنْتَسِبُ إِلَى تِسْعَةٍ فِى النَّارِ فَأَنْتَ عَاشِرُهُمْ وَأَمَّا أَنْتَ يَا هَذَا الْمُنْتَسِبُ إِلَى اثْنَيْنِ فِى الْجَنَّةِ فَأَنْتَ ثَالِثُهُمَا فِى الْجَنَّةِ»

 
Ubeyy ibn Kəb[1] (Allah ondan razı olsun) demişdir: “Allah Elçisinin - salləllahu aleyhi və səlləm - dövründə iki kişi əsli-nəsəbi ilə öyündü. Onlardan biri (digərinə) dedi: “Mən filankəsin oğlu filankəsəm, bəs sən kimsən, sənin heç bir kökün yox­dur”. Allah Elçisi - salləllahu aleyhi və səlləm - buyurdu: “Musanın (ona salam olsun) dövründə də iki kişi əsli-nəsəbi ilə öyündü. Onlardan biri (di­gərinə): “Mən filan­kəsin oğlu filankəsəm”- deyib doqquz (nəsəbi­nə qədər) sadaladı və dedi: “Bəs sən kimsən, sənin heç bir kökün yoxdur”. O da belə cavab verdi: “Mən İslam oğlu, filankəsin oğlu filan­kəsəm”. Allah Musaya (ona salam olsun) bu iki əsli-nəsəbi ilə öyünən (kişi­lər haqqında) belə vəhy etdi: “Sənə gəlincə, ey özünü doqquz (kişiyə) mənsub edən! Onuncusu sən olmaqla onların doqquzu da Cəhənnəmlikdir. Sənə gəlincə, ey özünü iki (kişiyə) mənsub edən, üçüncü­sü sən olmaqla onların ikisi də Cənnətlikdir”.[2]

 
[1] Ubeyy ibn Kəb əl-Ənsari (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ səhabəsidir. Hicrətin 35-ci ilində Mədinədə vəfat etmişdir.
[2] Əhməd, 20241, 21178, 21216, 21778. əl-Albani “Sahihul-Cəmius-Sağir”də (№ 1492) və “Sil­silətul-Əhədisis-Sahiha”da (№ 1270) səhih olduğunu bildirmişdir.