İmam Hüseynin qüslsuz və kəfənsiz dəfn olunmasının səbəbi nədir?

    18.11.2018
Sual: 
Salam Aleykum,men oxumusam ki,Imam Huseyn(ə.s)quslsuz ve kefensiz defn olunub bunun sebebi nedir?lakin basqa menbelerde ise bir imami yalniz basqa bir imam qusllayib kefenleye biler ve bu isi Imam Seccad oz ohdesine goturmusdur yazilib
Cavab: 
Və aleykum Salam. İmam Hüseyn döyüş meydanında şəhid olmuşdur, döyüş meydanında şəhid olanlar isə qüslsuz və kəfənsiz dəfn olunurlar. Səhih hədislərdə bu haqda Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Şəhidləri yumayın. Çünki hər yara və hər qan damlası qiyamət günü ətrafa müşk qoxusu saçar". (İmam Əhməd "Musnəd", 3/299).
Həmçinin demişdir: "Canım Əlində olan Allaha and olsun ki, kim Allah yolunda yaralansa, – kimin Allah yolunda yaralandığını isə Allah daha yaxşı bilir, –  Qiyamət günü (məhşərə) gəldikdə (yarasının qanı) qan rəngi, qoxusu isə müşk qoxusu olacaqdır". (əl-Buxari, 2803).
"Şəhidləri qanlı-qanlı (kəfənlərinə) bürüyün, çünki Allaha görə elə bir yaralanan yoxdur ki, Qiyamət günü yarasından qan axa-axa (Allahın hüzuruna) gəlməsin. Onun yarasının rəngi qan rəngində, qoxusu isə müşk qoxusunda olacaq". (ən-Nəsai, 2002; əl-Albani "Səhih əl-Cami", 3573).
Habelə, Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əmri ilə Uhud şəhidləri yuyulmamış, qanlı patlarları ilə dəfn olunmuş və onlara cənazə namazı da qılınmamışdır. (əl-Buxari, 3/212, №: 1346). Bəzi alimlər demişlər ki, bu, onların o şəkildə Qiyamət günü Allah qarşısına çıxmaları üçündür.
İslama görə bir imamın yalnız başqa bir imam tərəfəndindən qüsllanıb kəfənlənməsinin heç bir əsası yoxdur. Həmçinin oxuyun:
 

 

 

Teqlər: 
Paylaş: