Adəmin vəsfi

    17.09.2018
عن أبي بن كعب قال قال رسول الله ﷺ إن أباكم ادم كان كالنخلة السحوق ستين ذراعا كثير الشعر موارى العورة فلما أصاب الخطيئة في الجنة بدت له سوأته فخرج من الجنة قال فلقيته شجرة فأخذت بناصيته فناداه ربه أفرارا مني يا ادم قال بل حياء منك والله يا رب مما جئت به

 
Ubeyy ibn Kəb (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Atanız Adəm u uca xurma ağacı kimi, boyu altmış dirsək, saçı uzun, övrəti bağlı idi. Cənnətdə xəta edəndə övrəti açıldı. Adəm Cənnət­dən çıxıb getdikdə qarşısına bir ağac çıxdı. Ağac onu tutub saxladı və Rəbbi ona: “Məndən qaçırsan, ey Adəm?”- deyərək xitab etdi. Adəm dedi: “Ey Rəbbim! Sənə and olsun ki, etdiyim əməllərimə görə Səndən həya edib qaçıram”.[1]

 
[1] İbn Asəkir “Tarixu Dəməşq” 7/ 405; İbn Səd “Tabaqatul-Kubra” 1/ 31; əl-Hakim, 3038. Səlim ibn İyd əl-Hilali həsən olduğunu bildirmişdir.