Musanın ölüm mələyi ilə qarşılaşması

    17.09.2018
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ «أُرْسِلَ مَلَكُ الْمَوْتِ إِلَى مُوسَى فَلَمَّا جَاءَهُ صَكَّهُ فَرَجَعَ إِلَى رَبِّهِ فَقَالَ أَرْسَلْتَنِى إِلَى عَبْدٍ لاَ يُرِيدُ الْمَوْتَ. فَرَدَّ اللَّهُ عَلَيْهِ عَيْنَهُ وَقَالَ ارْجِعْ فَقُلْ لَهُ يَضَعُ يَدَهُ عَلَى مَتْنِ ثَوْرٍ، فَلَهُ بِكُلِّ مَا غَطَّتْ بِهِ يَدُهُ بِكُلِّ شَعْرَةٍ سَنَةٌ. قَالَ أَىْ رَبِّ، ثُمَّ مَاذَا قَالَ ثُمَّ الْمَوْتُ. قَالَ فَالآنَ. فَسَأَلَ اللَّهَ أَنْ يُدْنِيَهُ مِنَ الأَرْضِ الْمُقَدَّسَةِ رَمْيَةً بِحَجَرٍ». قَالَ قَالَ رَسُولُ اللَّهِ ﷺ «فَلَوْ كُنْتُ ثَمَّ لأَرَيْتُكُمْ قَبْرَهُ إِلَى جَانِبِ الطَّرِيقِ عِنْدَ الْكَثِيبِ الأَحْمَرِ»

 
Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “Ölüm mələyi Musanın yanına göndərildi. Mələk Musanın yanına gəldikdə Musa onu vurdu (və onun gözü çıxdı). Mələk Rəbbinin yanına qayıdıb dedi: “Sən məni ölmək istəməyən bir bəndənin yanına göndərdin”. Allah onun gözünü yerinə qaytardı və buyurdu: “Qayıt ona de ki: “Əlini ökü­zün belinə qoysun. Əlinə gələn tüklərin sayı qədər hər bir tükün müqabilində bir il ömrü artacaq”. Musa dedi: “Ey Rəbbim! Sonra nə olacaq?” Allah buyurdu: “Sonra öləcəksən”. Musa dedi: “Elə isə indi (ölmək istəyirəm)”. Sonra da Allahdan onu atılmış bir daşın uçub düşdüyü məsafə qədər müqəddəs torpağa yaxınlaş­dır­masını dilədi”. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - dedi: “Əgər orada olsaydım, sizə onun yolun kənarında, qırmızı qum təpəsinin yanında (yerləşən) qəbrini göstərərdim”.[1]

 
[1] əl-Buxari, 1253, 1274, 1339; Muslim, 158/ 2372 (4375, 6292, 6298).