"Adəm övladı Məni yalançı hesab edir"- hədisi

    09.10.2018
 عَنِ ابْنِ عَبَّاسٍ N عَنِ النَّبِىِّ ﷺ قَالَ «قَالَ اللَّهُ كَذَّبَنِى ابْنُ آدَمَ وَلَمْ يَكُنْ لَهُ ذَلِكَ، وَشَتَمَنِى وَلَمْ يَكُنْ لَهُ ذَلِكَ، فَأَمَّا تَكْذِيبُهُ إِيَّاىَ فَزَعَمَ أَنِّى لاَ أَقْدِرُ أَنْ أُعِيدَهُ كَمَا كَانَ، وَأَمَّا شَتْمُهُ إِيَّاىَ فَقَوْلُهُ لِى وَلَدٌ، فَسُبْحَانِى أَنْ أَتَّخِذَ صَاحِبَةً أَوْ وَلَدًا»

 
İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “Allah buyurur: “Adəm övladı Məni yalançı sayır. Halbuki, bunu etməyə onun haqqı yoxdur. Habelə, o, Məni təhqir edir.[1] Halbuki, buna da onun haqqı yoxdur. Məni yalançı sayması, onu öldürdükdən sonra yenidən yaradacağımı təkzib etməsidir. Məni təhqir etməsi isə Mənə övlad isnad etməsidir. Halbuki, Mən pak və müqəd­dəsəm, Özümə zövcə və ya övlad götürməkdən uzağam!”[2]
 

عَنْ أَبِى هُرَيْرَةَy  قَالَ عَنْ رَسُولِ اللَّهِ ﷺ «قَالَ اللَّهُ ﷻ كَذَّبَنِى ابْنُ آدَمَ وَلَمْ يَكُنْ يَنْبَغِى لَهُ أَنْ يُكَذِّبَنِى وَشَتَمَنِى ابْنُ آدَمَ وَلَمْ يَكُنْ يَنْبَغِى لَهُ أَنْ يَشْتِمَنِى أَمَّا تَكْذِيبُهُ إِيَّاىَ فَقَوْلُهُ إِنِّى لاَ أُعِيدُهُ كَمَا بَدَأْتُهُ وَلَيْسَ آخِرُ الْخَلْقِ بِأَعَزَّ عَلَىَّ مِنْ أَوَّلِهِ وَأَمَّا شَتْمُهُ إِيَّاىَ فَقَوْلُهُ اتَّخَذَ اللَّهُ وَلَدًا وَأَنَا اللَّهُ الأَحَدُ الصَّمَدُ لَمْ أَلِدْ وَلَمْ أُولَدْ وَلَمْ يَكُنْ لِى كُفُوًا أَحَدٌ»

 
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Uca Allah buyurur: “Adəm oğlu Məni yalançı hesab edir. Halbuki, ona (belə etmək) yaraşmaz. Habelə, Adəm oğlu Məni təhqir edir. Halbuki, ona Məni təhqir etmək yaraşmaz. Onun Məni yalançı hesab etməsinə gəlincə, bu onun: “Allah məni ilk dəfə yaratdığı kimi, yenidən yarada bilməz”- deməsidir. (Qiyamət günü) xilqəti yenidən yaratmaq Mənim üçün çətin deyildir. Onun təhqirinə gəldikdə - bu, onun Allahın oğlu olduğunu iddia etməsidir. Hal­buki, Mən Tək, Möhtac olmayan, nə doğmayan, nə doğulma­yan, nə də bənzəri olmayan Allaham”.[3]

 
[1] Müşriklər və kafirlər Allaha Ona layiq olmayan naqis sifətlər isnad etməklə Ona qarşı ədəbsizlik edirlər.
[2] əl-Buxari, 4122, 4212, 4482.
[3] ən-Nəsai, 2078, 2090; əl-Buxari, 4592, 4690, 4974. əl-Albani həsən səhih olduğunu bildirmişdir.